BTS

BTS
Əsas məlumatlar
Üslub K-pop[1], dans-pop[1]
Fəaliyyət illəri 2013-cü ildən
Ölkə Cənubi Koreya Cənubi Koreya
Leybl Pony Canyon[d], Columbia Records, Def Jam Recordings[d], Big Hit Music
Heyət
bts.ibighit.com — BTS rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BTS (Hanqıl방탄소년단; hançaBangtan Sonyeondan) — 2010-cu ildə fəaliyyətə başlamış, 2013-cü ildə Cənubi Koreyanın Big Hit Intertainment (Hybe Corporation)[2] agentliyi tərəfindən rəsmi olaraq çıxış etmiş 7 üzvdən ibarət olan hip-hopK-pop qrupu.[3]

Əvvəlcə sadəcə hip-hop qrupu olan BTS, illər keçdikcə musiqi tərzlərini inkişaf etdirərək digər janrlarda da musiqilər yayımlamağa başladılar. Yazdıqları musiqi sözləri əsasən şəxsi və sosial şərhlərə yönəlmiş, zehni sağlamlıq, məktəb yaşlarındakı gənclərin problemləri, özünü sevmək və fərdiyyət mövzularına toxunur. Onların albomları, musiqi videoları və s. müəyyən bir konsepsiya və hekayə üzrə irəlileyir.

2013-cü il iyunun 13-ü "2 Cool 4 Skool" adlı ilk albomları ilə debüt etdikdən sonra 2014-cü ildə BTS ilk Koreya dilində "Dark & Wild" və Yapon dilində "Wake Up" studiya albomlarını yayımladı. Qrupun ikinci koreyaca studiya albomu "Wings" (2016) onların Cənubi Koreyada 1 milyon nüsxə satan ilk albomudur. 2017-ci ilə qədər, artıq BTS çoxsaylı satış rekordlarını qıran qlobal musiqi bazarına keçdi. Onlar Recording Industry Association of America (RIAA) -da "MIC Drop" mahnısı üçün sertfikat alan ilk koreyalı qrup, eyni zamanda "Love Yourself: Tear" (2018) studiya albomu ilə ABŞ Billboard 200 siyahısına yüksələn ilk koreyalı sənətçi oldular. BTS, The Beatles-dən sonra iki ildə az bir müddətdə dörd ABŞ nömrəli albom qazanan ən sürətli qrup oldu. 2020-ci ildə isə "Dynamite", "Savage Love (Laxed – Siren Beat)" remiksi və "Life Goes On" adlı mahnısı ilə Billboard Global 200 və ABŞ Billboard Hot 100-də birinci yerə çıxan ilk Cənubi Koreyalı sənətçi oldu.

Gaon Music Chart-da 20 milyondan çox albom satan BTS, Cənubi Koreya tarixinin best-selling sənətçisi və "Map of the Soul: 7" ilə Cənubi Koreyanın ən çox satılan albomunun sahibidir. BTS, Billboard-ın Top Touring Artist of the 2010s-də 45-ci sırada yer alaraq siyahıda ingiliscə danışmayan ilk sənətçisi olmuşdur. Love Yourself World Tour zamanı BTS, Wembley Stadionunun başlığını satın alan və sold out edən ilk Asiyalı və ingiliscə danışmayan ilk sənətçi oldu və Rose Bowl Stadionu tarixində ən yüksək gəlir gətirən nişan rekorunu qırdı. Time jurnalının qapağında "Yeni Nəsil Liderləri" olaraq yer alan BTS, jurnalın internetdəki Ən nüfuzlu 25 insan (2017–2019) və Ən nüfuzlu 100 insan (2019) siyahılarında yer aldı. Forbes Korea, BTS-i 2018 və 2020-ci illərdə Koreyanın ən nüfuzlu məşhurları elan etdi və BTS Forbes Celebrity 100-də (2019) dünyanın ən çox qazanan məşhurlarından biri olaraq 43-cü yeri tutdu. 2019-cu ildən etibarən, BTS-in Cənubi Koreya ÜDM-nun 0,3 faizinə bərabər olduğu iddia edilir. Cənubi Koreyanı ziyarət edən hər 13 turistdən biri buraya onlar üçün gəldiyini deyir.

UNICEF ilə ortaq şəkildə şiddətə qarşı mübarizə kampaniyalarını qurduqdan sonra, BTS Birləşmiş Millətlər Təşkilatının 73-cü və 75-ci Baş Assambleyalarına müraciət etdi və Koreya dili və mədəniyyətini yaymalarındakı töhfələrinə görə Cənubi Koreyanın Prezidentindən Mədəniyyət Xidməti Ordeninin ən gənç mükafatçısı oldu.

  1. 1 2 https://www.allmusic.com/artist/bts-mn0003136056/biography.
  2. "Arxivlənmiş surət". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  3. "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search